1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha bir cüdoçumuz dünya çempionu oldu
ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında Azərbaycanın daha bir veteran cüdoçusu qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, M1 kateqoriyasında 100 kq çəki dərəcəsində yer alan Zaur Paşayevdir. Mübarizəyə 1/8 final mərhələsindən başlayan Paşayev ardıcıl olaraq, böyük britaniyalı Natan Salkeldi 1 dəqiqə 44 saniyəyə, italiyalı Françesko Yannoneni 2 dəqiqə 38 sanyəyə ipponla, ABŞ təmsilçisi Kaliffa Oliveyranı isə cərimə xalları ilə məğlub etdikdən sonra finala yüksəlib. Həlledici görüşdə onun rəqibi fransalı Aleksandr Mas olub. Bu dəfə isə azərbaycanlı cüdoçu 2 dəqiqə 15 saniyəyə ipponla qələbə qazanaraq, dünya çempionu olub.
Beləliklə, Azərbaycanın mundialdakı qızıl medallarının sayı 2-yə yüksəlib. Ötən gün M6 kateqoriyasında 90 kq çəkidə çıxış edən Fərhad Rəcəbli də dünya çempionu olub. Tatami üzərinə çıxan digər cüdoçulardan Arif Qasımov (100 kq) M6 kateqoriyasında 5-ci olduğu halda, Vüsal Cəfərov (90 kq) və İntiqam Ələkbərov (100 kq) M1 kateqoriyasında medalsız qalıb.