1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçularımız birinci pillədə
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medallar qazandıran Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində liderliklərini davam etdirirlər.
Hər iki cüdoçu bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlində birinci yeri tutur.
60 kq çəkidə bu il Avropa çempionatının gümüş mükafatçısı olan Orxan Səfərov 2-ci pillədə qərarlaşıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə daha 2 pillə geriləyərək 12-ci yerde dayanıb. Elxan Məmmədov (100 kq), İlqar Müşkiyev (60 kq), Məmmədəli Mehdiyev 90 kq) müvafiq olaraq 7-ci, 14-cü, 20-ci yeri tuturlar.
Ağır çəkili cüdoçu Uşangi Kokauri isə reytinq cədvəlinin 18-ci pilləsindədir.