1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Yığmamızın Qran Pri və dünya çempionatı üçün heyəti
Bakıda keçiriləcək taekvondo üzrə Qran Pri yarışının final mərhələsi və komandalararası dünya çempionatında iştirak edəcək azərbaycanlı idmançıların adları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Qran Pridə 7, çempionatda isə 10 idmançı ilə təmsil olunacaq.
Dekabrın 9-da start götürəcək Qran Pridə kişilərin yarışında Roman Samodurov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsaev (+80 kq), qadınların mübarizəsində isə Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizova (67 kq) çıxış edəcək. İki gün davam edəcək yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvondo Federasiyasının (WTF) olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparacaq.
Yarışlar saat 10:00-da başlayacaq. Bakıda 47 ölkədən 128 taekvondoçu qüvvəsini sınayacaq. Yarış WTF-nin 45 hakiminə həvalə olunub. Onlar arasında Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvanq Çol və Elşad Məmmədov təmsil edəcək. "G8" kateqoriyalı turnirdə qızıl medala sahib çıxan taekvondoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28.8 xal qazanacaq. Yarışın qaydalarına əsasən, I, II və III yerin sahiblərinə müvafiq olaraq, 6000 $, 3000 $ və 1000 $ məbləğində pul mükafatı nəzərdə tutulub.
Dekabrın 12-də başlayacaq komandalararası dünya Çempionatında isə kişilərdən Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsaevin (+87 kq), qadınlardan Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal ( hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Oogink (73 kq) iştirak edəcək. Kişilərin yarışında iştirakçı idmançıların ümumi çəkisi 373 kq-dan artıq olmamalıdır. Qadınlarda bu məhdudiyyət 318 kq-dır. Qaydalara görə, bir komandanın heyətində digər ölkənin iki üzvü iştirak edə bilər. Həm kişilərin, həm də qadınların yarışında ayrı-ayrılıqda 8 komanda iki qrupda mübarizə aparacaq.
İki gün davam edəcək dünya çempionatı "G2” kateqoriyalı yarış olduğundan, qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc mükafatçılar isə 7.2 xal əldə edəcək. Görüşlərə saat 10:00-da start veriləcək.