"Qəbələ"nin 2 idmançısı beynəlxalq miqyasda böyük uğura imza atıb. Klubun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev Sportnet.az-a Bəxtiyar Abbasovla Hüseyn Əliyevin MMA üzrə dünya çempionu olması haqda məlumat verib.
Onlar buna Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında (WCFF&WMMAF) nailn olublar.
Əliyev 77, Abbasov 90 kq çəkidə yarışır. Döyüşçülər "Qəbələ" ilə yanaşı, Azərbaycanı beynəlxalq miqyasda təmsil edir.