1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatına gedəcək cüdoçularla görüş keçirildi - VİDEO
Azərbaycan Cüdo Federasiyasında (ACF) Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatına yollanan yığma üzvləri ilə görüş keçirilib.
Sportnet.az ACF-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandaların məşqçiləri mötəbər çempionatla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı rəhbərkliyi məlumatlandırıblar.
Cüdoçular yaradılan şəraitə görə ACF-nin prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini bildirərək, göstərilən etimadı dünya çempionatında da doğruldacaqlarına inandıqlarını qeyd ediblər. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov milli komandanın üzvlərinə beynəlxalq yarışlarda göstərdikləri əzmkarlıq qarşılığında minnətdarlığını bildirib. O, uğurların davamı üçün ACF tərəfindən daim qayğı göstəriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan milli komandası 28 avqust – 3 sentyabrda keçiriləcək dünya çempionatına 17 nəfərlik (9 kişi, 8 qadın) heyətlə yollanacaq.