1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçularımızın rəqibləri məlum oldu
Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, 75 ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığması üzvlərinin də ilk rəqibləri məlum olub.
Millinin heyətində 1 boksçu 1/16 finaldan, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.
26 avqust
1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)
27 avqust
1/8 final. Lorentso Sotomayor (64 kq) – Eslam Muhamed (Misir) / Nurlan Kobaşev (Qırğızıstan)
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Hollandiya) / Lester Martines (Qvatemala)
28 avqust
1/8 final. Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa) / Tuvşinbat Byamba (Monqolustan)
Qeyd edək ki, ilkin döyüşlər avqustun 25 - 28-də olacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər 31 avqust - 1 sentyabra təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.