1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məhəmmədrəsul Məcidov 1/4 finalda
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin 2 boksçusu da rinqə çıxıb.
Onlardan biri - Məhəmmədrəsul Məcidov (+91 kq) mundialda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionu iordaniyalı Hüseyn İşayşi məğlub edib - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Məcidov 1/4 finalda fransalı Kamili-Dini Abudo-Moindze ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.
Əvəzində Pərviz Bağırov yarışla vidalaşıb. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu 1/8 finalda mondolustanlı Tuvşinbat Byambaya 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub.
Qeyd edək ki, daha əvvəl Kamran Şahsuvarlı (75 kq) 1/4 finala yüksəlib. Lorentso Sotomayor (64 kq) isə hakimlərin qərarı ilə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb.