
Çinq-Kuo Vu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti vəzifəsindən kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə AİBA-nın İntizam Komissiyası qərar qəbul edib.
Komissiya Vunun əvəzləyicisini yaxın vaxtlarda açıqlayacağını bildirib.
Qeyd edək ki, Çinq-Kuo Vu AİBA prezidenti vəzifəsində 2006-cı ildən çalışırdı. O, 2012-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.