
Azərbaycanın sərbəst güləşçisi Xetaq Qazyumov gümüş medal qazandığı Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatı barədə danışıb. Sportnet.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan pəhləvanımız Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında çempionata yaxşı hazırlaşmasına baxmayaraq, çempion ola bilmədiyini söyləyib.
O, növbəti yarışlarda daha uğurlu nəticələr göstərməyə çalışacağını vurğulayıb.
Qeyd edək ki, Xetaq Qazyumov dünya çempionatının finalında rusiyalı Abdusalam Qadisova uduzaraq, ikinci yeri tutub.