Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, mərhələnin son günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb. Onlardan daha 2-si yarımfinala yüksəlməklə, bürünc medalı təmin ediblər.
49 kq çəki dərəcəsində mübarizə aparan Həsən İbrahimov Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayıb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkov da döyüşünü xeyrinə bitirib. O, fransalı Moreno Fenderonu 4:1 hesabı ilə məğlub edib.
Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 4-ə çatıb. Oktyabrın 27-də keçiriləcək döyüşlərdə Həsən İbrahimov (49 kq) Sahil Alahverdov ilə (Gürcüstan), Amin Kuşkov (75 kq) İvan Papakinlə (Ukrayna), Surət Qarayev (81 kq) Ruslan Kolesnikovla (Rusiya) və Məhəmməd Abdullayev (+91 kq) Yosip Biletiçlə (Xorvatiya) üz-üzə gələcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |