Dağıstanın Kaspiysk şəhərində 1994-1996-cı il təvəllüdlü güləşçilər arasında Rusiya Federasiyasının qəhrəmanı, Rusiya Daxili İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun xatirəsinə həsr olunmuş I Beynəlxalq turnir keçirilib. Sportnet.az-ın məlumatına görə, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının üzvləri iştirak edib.
Komanda xarakterli yarışda Azərbaycanla yanaşı, Şimali Osetiya, Xasavyurt, Kaspiysk, Kabardin-Balkar və Dağıstanın komandaları mübarizə aparıb. Yarımqrupda Şimali Osetiya və Xasavyurt komandaları ilə güləşən təmsilçilərimiz hər iki rəqibini 6:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Dağıstan komandasının güləşçiləri ilə qarşılaşan pəhləvanlarımız 2:6 hesabı ilə məğlub olub və xatirə turnirini ikinci sırada tamamlayıblar.

Qeyd edək ki, yarışda ölkəmizi məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında Arif Hüseynov (55 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Qitinomaqomed Hacıyev (66 kq), Məhəmmədhacı Muxutov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Turxan Qurbanov (96 kq) və Oyan Nəzəriani (120 kq) təmsil edib. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı iştirak edib.