
Fevralın 20-də gənc boksçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışına start veriləcək. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, milli komanda Balakəndə başladığı hazırlıq prosesini Belarusun Qomel şəhərində davam etdirəcək.
Baş məşqçi Vaqif Şirinov altı gün davam edəcək toplanışda 15 idmançını sınaqdan keçirəcək:
49 kq: Maqsud Xasmətov, Vüqar Hüseynov
52 kq: Əflatun Babayev, Mirmehdi Mehdizadə
56 kq: Həsən İbrahimov, Əlzamin Səlimov
60 kq: Nurlan Səfərov, Nəbi İsgəndərov
64 kq: Səbuhi Abışov
69 kq: Nicat Həsənov, Məhəmməd Yusifov, Cahid Qurbanov
75 kq: Rəsul Rzayev
81 kq: Zaur Musayev
91 kq: İsmayıl Yaqubov
Bu gün səhər saatlarında səfərə yollanan milli üzvləri Qomeldə əsasən, ümumi və fiziki hazırlıq üzərində çalışacaqlar.