
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran Pridə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Cəlil Şükürov 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə böyük britaniyalı Endryu Melburnla üz-üzə gəlib. Şükürov 48 saniyəyə ipponla qalib gəlib. Lakin o, 1/8 finalda gürcüstanlı Quram Tuşişviliyə elə ipponla uduzaraq, mübarizəni dayandırıb.
100 kq çəkidəki Sənan Əhmədov isə 1/16 finala təsadüf edən ilk görüşündə rusiyalı Merab Margiyevə yenilib.
Beləliklə, Azərbaycan cüdo yığması Qran Prini medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycanı təmsil etmiş daha 6 cüdoçudan ən yüksək nəticəni Oruc Vəlizadə (60 kq) göstərib. O, 5-ci yeri tutub. Digərləri isə mübarizəni erkən dayandırıblar.