1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçularımız bir-birinə rəqib oldu
Azərbaycan cüdoçuları Aişə Qurbanlı və Əliyeva Leyla bu gün Belarusun paytaxtı Minskdə start götürən açıq Avropa Kubokunda bürünc medal uğrunda görüşdə bir-birinə rəqib olublar.
Sportnet.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançılar fərqli şəkildə "bürünc" uğrunda görüşə vəsiqə qazanıblar. Qurbanlı 1/8 finalda rusiyalı Kristina Bulqakovanı, ardınca isə britaniyalı Kelli Stadonu məğlub etsə də, yarımfinalda qazaxıstanlı olimpiya mükafatçısı Otqonseseq Qalbadraxa uduzub.
Əliyeva isə 1/8 finalda italiyalı Elis Adrastini üstələsə də, rusiyalı Tatyana Ayakinaya uduzub. O, təsəlliverici görüşdə belaruslu Yevgeniya Şaloikaya qalib gələrək Qurbanlıya rəqib olub.
Qeyd edək ki, Azərbaycanın bu gün mübarizə aparan digər 7 cüdoçusu - Elbrus Zamanov, Timur Boyev, Tərlan Kərimov (hamısı 66 kq), Şəfəq Məmmədova, Gülşən Nəzərova (hər ikisi 52 kq), Purevsuren Buyanxişiq və Səkinə Zayirova (hər ikisi 57 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.