Fransanın paytaxtı Parisdə cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" turnirində Azərbaycan millisi iki medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, yarışın son günündə ağır çəkidə mübarizə aparan İrina Kindzerska və Uşangi Kokauri fəxri kürsüyə yüksəlib. 78 kq-dan yuxarı çəkidə çıxış edən Kindzerska Kamerun, Rusiya və Yaponiya cüdoçularına qalib gələrək finala çıxıb. Lakin o, həlledici görüşdə Kuba təmsilçisi İdalis Ortizə uduzaraq, gümüş medala sahib olub.
100 kq-dan yuxarı çəkidə yer alan Uşangi Kokauri isə bürünc medal əldə edib.
Qeyd edək ki, Fransa "Böyük Dəbilqə"sində 97 ölkədən 570 cüdoçu (334 oğlan, 236 qız) mübarizə aparıb.