Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində Azərbaycan millisi 2 bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, həmin medallara 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev və 75 kq çəkili Aynur Rzayeva sahib olub. Onlar yarımfinalda ABŞ təmsilçiləri Riçard Torres və Naomi Qremə uduzublar.
Qeyd edək ki, 70-ci dəfə təşkil olunmuş turnirdə 43 ölkədən 360 boksçu mübarizə aparıb.