
Azərbaycan cüdo yığması Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirində 93 ölkə arasında üçüncü yeri tutub.
Sportnet.az-ın məlumatına görə, milli komanda bu nailiyyətə 1 qızıl, 3 bürünc medal sayəsində nail olub. 9 qızıl, 3 gümüş, 2 bürünc medal qazanan Yaponiya birinci, 1 qızıl, 1 gümüş, 3 bürünc medalı olan Braziliya 2-ci yeri tutub.
Amma kişilərin yarışında Azərbaycan 1 qızıl, 2 gümüş medalla yalnız Yaponiyadan geri qalıb. Gündoğar ölkə 6 qızıl, 2 gümüş medala yiyələnib. Qadınların yarışında isə 1 bürünc medal əldə edən milli komanda Avstriya və Portuqaliya ilə birgə 14 - 16-ci yerləri bölüşdürüb.
Qeyd edək ki, Böyük Dəbilqə turnirində Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb.