Azərbaycanın kişi və qadın boksçulardan ibarət milli komandasının martın 8-də Rusiyanın Vladiqafqaz şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 boksçuya şans verəcək. Kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaq. Qadınların yarışında isə Günel Rəhimova (48 kq) ilə Aliyə Vəlizadə (60 kq) qüvvələrini sınayacaq. Çempionat martın 15-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan boksçuları fevralın 23-dən Vladiqafqazda təlim-məşq toplanışındadırlar.