
Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında keçirilən "Çempionlar" turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki,yYarışın son günündə Azərbaycan millisi 3 medal əldə edib. Sərbəst güləşçi Fuad Mayılov (86 kq) üçüncü yeri tutub. Qızlardan Birgül Soltanova (57 kq) gümüş, Yasəmən Məcidli (50 kq) isə bürünc medal qazanıb. Beləliklə, "Çempionlar" turnirində medalların sayı 11-ə çatıb.
Qeyd edək ki, daha öncə Ceyla Nağızadə (65 kq), Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Elmar Kazımovla (70 kq) Asxab Həmzətov (92 kq) gümüş, Ayşən Yusifova (53 kq), Jalə Əliyeva (62 kq), və Sənan Əliyev (97 kq) bürünc medalın sahibi olub.
Yekunda 2 qızıl, 2 gümüş, 2 bürünc medal əldə edən sərbəst güləş üzrə Azərbaycan yığması komanda hesabında 2-ci, bir qızıl, bir gümüş və üç bürünc medalı hesabına yazan qızlardan ibarət milli isə 3-cü yeri tutub.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Tural Əliyev yarışda ədaləti qoruyub.