
İçərişəhərdə tarixi abidənin dağıdılmasına Azərbaycanın məşhur qadın güləşçisi Mariya Stadnik də biganə qalmayıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı legioner dağıntını əks etdirən fotoları sosial şəbəkə hesabında paylaşıb. O, "Vandallar Bakıda tarixi abidəni dağıtdılar" yazıb.
Qeyd edək ki, Mariya Stadnik dünya və 7 qat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc, "London 2012" və "Rio-2016" olimpiadalarının gümüş mükafatçısıdır.