
Azərbaycan millisi Braziliyanın Rio de Janeyro şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turnirinə qatılacaq.
Sportnet.az-ın məlumatına görə, mayın 10-da start götürəcək yarışa məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) yollanacaq. İki gün davam edəcək turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.
Qeyd edək ki, çimərlik güləşçiləri martda Portuqaliyanın Çaves şəhərində təşkil olunan analoji yarışda da qüvvələrini sınayıblar. Nəzəriani qızıl, İlyaslı və Yusubov isə gümüş medal qazanıb. Hər iki yarış payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.