 
Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub.
Bu barədə Sportnet.az-a Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl uğursuz nəticələrlə əlaqədar istefaya göndərilmiş Natiq Bağırovu Rəşad Məmmədov əvəzləyib.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































