Gürcüstanlı Levan Berianidze Ermənistanın sərbəst güləş üzrə yığma komandasına transfer olunub. Sportnet.az-ın məlumatına görə, superağır çəkidə çıxış edən 24 yaşlı pəhləvan Ermənistan vətəndaşlığı alıb.
Erməniləri bu addıma 125 kq çəkidəki Andranik Qalstyanın çıxış etdiyi 6 turnirin hamısında uğursuzluğa düçar olması vadar edib. Berianidze gənclər arasında dünya çempionu olub. Gürcüstan yığmasında isə superağır çəkidə ciddi rəqabət var.
Gürcüstan Güləş Federasiyasının "səxavət"i cavabsız qalmayıb. Ermənistan tərəfi gürcülərə birgə təlim-məşq toplanışı üçün şərait yaradıb.