Azərbaycan cüdosu Nicat Şıxəlizadə Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Kilian Le Blouçla üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Şıxəlizadə bürünc medala sahib çıxıb.
Azərbaycanın bu çəkidəki digər təmsilçisi Orxan Səfərov isə Rusiya təmsilçisi Murad Çapanova uduzaraq, "bürünc" şansını əldən verib.
------------------------
Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
Spornet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Yaponiyanı təmsil edən ikiqat dünya çempionu Hifumi Abe ilə üz-üzə gəlib.
Rəqibinə ipponla uduzan Şıxəlizadə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. O, Çingizxan Saqinaliyev (Qırğızıstan) və Dmitri Minkovu (Belarus) mübarizədən kənarlaşdırıb. 1/4 finalda isə komanda yoldaşı Orxan Səfərovdan güclü olub.
Orxan Səfərov isə Kennet Van Hansbeke (Belçika) və Muhammed Demirelə (Türkiye) qalib gəlib. Avropa çempionu təsəlliverici görüşdə Greqq Vareyi üstələyib və bürünc medal uğrunda görüşə vəsiqə əldə edib.
Şıxəlizadə bürünc medal uğrunda Kilian Le Blouç (Fransa), Səfərov isə Murad Çopanovla (Rusiya) qarşılaşacaq.
60 kq-da Kəramət Hüseynov 1/16 finalda Nikolae Foçanı (Moldova), Davud Məmmədsoy isə Emirhan Karahana (Türkiyə) qalib gəlib. Onlar növbəti raundda müvafiq olaraq Yore Verstraetenə (Belçika) və Albert Oğuzova (Rusiya) uduzublar.
Qadınların yarışında 48-da Leyla Əliyeva Katarina Tanzeri (Avstriya) məğlub etsə də, Françeska Milaninin (İtaliya) müqavimətini qıra bilməyib. Eyni çəkidəki Aişə Qurbanlı 1/8 finalda Anastasiya Pavlenko (Rusiya) ilə, Gültac Məmmədəliyeva (52 kq) isə 1/16 finalda Kehin Janqla (Çin) bacarmayıb.
Qeyd edək ki, 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
------------------------------------------------------------
Bu gün Azərbaycanın 7 cüdoçusu Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançılardan Kəramət Hüseynov 1/16 finalda Nikolae Foça (Moldova), Davud Məmmədsoy Emirhan Karahan (Türkiyə) ilə üz-üzə gələcək.
66 kq-dakı Nicat Şıxəlizadə 1/16 finalda Natan Berns (İrlandiya) / Çingizxan Saqinaliyev (Qırğızıstan) cütünün, Orxan Səfərov Kennet Van Hansbeke (Belçika) / Jeremi Sayvel (Malta) duelinin qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında 48 kq-da mübarizə aparan Leyla Əliyeva 1/16 finalda Katarina Tanzer (Avstriya) ilə, bu çəkidəki Aişə Qurbanlı isə 1/8 finalda Hənifə Özcan (Türkiyə) / Anastasiya Pavlenko (Rusiya) cütünün qalibi ilə görüşəcək.
52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Kehin Janqın (Çin) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
Kişilər
60 kq
1/16 final. Kəramət Hüseynov - Nikolae Foça (Moldova)
1/8 final. Kəramət Hüseynov - Yore Verstraeten (Belçika)
1/16 final. Davud Məmmədsoy - Emirhan Karahan (Türkiyə)
1/8 final: Davud Məmmədsoy - Albert Oğuzov (Rusiya)
66 kq
1/16 final. Nicat Şıxəlizadə - Çingizxan Saqinaliyev (Qırğızıstan)
1/8 final. Nicat Şıxəlizadə - Dmitri Minkov (Belarus)
1/2 final. Nicat Şıxəlizadə - Hifumi Abe (Yaponiya)
1/16 final: Orxan Səfərov - Kennet Van Hansbeke (Belçika)
1/8 final. Orxan Səfərov - Muhammed Demirel (Türkiye)
Təsəlliverici görüş: Orxan Səfərov - Greqq Varey (Böyük Britaniya)
1/4 final. Orxan Səfərov - Nicat Şıxəlizadə
Qadınlar
48 kq
1/16 final. Leyla Əliyeva - Katarina Tanzer (Avstriya)
1/8 final. Leyla Əliyeva - Françeska Milani (İtaliya)
1/8 final. Aişə Qurbanlı - Anastasiya Pavlenko (Rusiya)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Kehin Janq (Çin)