Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final qarşılaşmasına çıxıb.
Sportnet.az-ın məlumatına görə, 70 kq-da mübarizə aparan idmançı rusiyalı İsrail Kasumovla üz-üzə gəlib.
Rəqibinə 1:3 hesabı ilə məğlub olan Bayramov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycanın digər iki sərbəst güləşçisi Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə medalsız qalıblar. Yusifli 3-cü yer uğrunda görüşdə Alans Amirovsa (Latviya) 3:4, Zubairov isə Elizbar Odikadzeyə (Gürcüstan) 0:5 hesabı ilə uduzub.
---------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq-da Əli Rəhimzadə medal uğrunda ukraynalı Andrey Sviridlə qüvvəsini sınayıb.
3:2 hesablı qələbə qazanan Rəhimzadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
----------------
Azərbaycanın sərbəst güləşçisi Əfqan Xaşalov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə belaruslu Aryan Tsiutrinlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Xaşalov bürünc medala sahib çıxıb. Bu, Azərbaycanın yarışda ilk medalı olub.
Qeyd edək ki, Əfqan Xaşalov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
------------------
Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı Rusiya təmsilçisi Məhəmməd Qurbanovla üz-üzə gəlib.
Rəqibinə 3:6 hesabı ilə uduzan Nurməhəmmədov finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Əhmədnəbi Qvarzatilov (61 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) isə təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq. Onlar müvafiq olaraq, Vladimir Yeqorov (Makedoniya) və Nazim Aminlə (San-Marino) qarşılaşacaqlar.
------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov ardıcıl olaraq Robin Ferdinand (Almaniya) və Əhməd Maqamayevi (Bolqarıstan) məğlubiyyətə uğradıb. O, finala gedən yolda Məhəmməd Qurbanovla (Rusiya) üz-üzə gələcək.
61 kq-dakı Əhmədnəbi Qvarzatilov ilk görüşdə Viktor Lizendən (Almaniya) üstün olub. İdmançı 1/4 finalda Andrey Celeplə (Ukrayna) dueldən məğlub ayrılıb.
74 kq-da yarışan Əşrəf Aşırov 1/6 final mərhələsində Fazlı Eryılmaza (Türkiyə), Hacımurad Məhəmmədsəidov isə 1/8 final mərhələsində Artur Nayfonova (Rusiya) uduzub.
Bu gün eyni zamanda 5 çəki dərəcəsi üzrə medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Şamil Zubairov (97 kq), Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusifli (79 kq) bürünc medal, Turan Bayramov (70 kq) final qarşılaşmasına çıxacaq.
Yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.
------------------------------------------------
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatının ikinci günündə daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.
Spornet.az-ın məlumatına görə, Azərbaycan bu çəkilərdən 4-də təmsil olunacaq.
Əşrəf Aşırovun (74 kq) ilk görüşü 1/16 finala, Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Məmmədsəidov (86 kq) və Osman Nurməhəmmədovda (92 kq) 1/8 final mərhələsinə təsadüf edəcək. Qvarzatilov və Nurməhəmmədovun rəqibləri Almaniya təmsilçiləri olacaq. Aşırov Türkiyə, Məhəmmədsəidov isə Rusiyadan olan rəqibi ilə qarşılaşacaq.
Avropa çempionatı
Sərbəst güləş
20 aprel
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya) - 10:0
1/4 final. Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna) - 9:12
Təsəlliverici görüş: Əhmədnəbi Qvarzatilov - Vladimir Yeqorov (Makedoniya)
74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə) - 2:3
86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya) - 2:10
Təsəlliverici görüş: Hacımurad Məhəmmədsəidov - Nazim Amin (San-Marino)
92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya) - 10:4
1/4 final. Osman Nurməhəmmədov - Axmed Maqamayev (Bolqarıstan) - 7:2
1/2 final. Osman Nurməhəmmədov - Məhəmməd Qurbanov (Rusiya) - 3:6
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi
Bu gün eyni zamanda 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Şamil Zubairov (97 kq) təsəlliverici, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusifli (79 kq) bürünc medal, Turan Bayramov (70 kq) final qarşılaşmasına çıxacaq.
57 kq
Bürünc medal görüşü: Əfqan Xaşalov - Aryan Tsiutrin (Belarus) / Givi Davidovi (İtaliya) - 2*:2
65 kq
Bürünc medal görüşü: Əli Rəhimzadə - Andrey Svirid (Ukrayna) - 3:2
70 kq
FİNAL: Turan Bayramov - İsrail Kasumov (Rusiya) - 1:3
79 kq
Bürünc medal görüşü: Rəşad Yusifli - Alans Amirovs (Latviya) - 3:4
97 kq
Təsəlliverici görüş: Şamil Zubairov - Radu Lefter (Moldova) - 14:9
Bürünc medal görüşü: Şamil Zubairov - Elizbar Odikadze (Gürcüstan)
Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.