Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində İran təmsilçisi Yunis İmamişoqayini məğlubiyyətə uğradıb.
Hacıyev yarımfinalda eyni ölkənin digər güləşçisi Mustafa Hüseynxaniyə uduzub. O, axşam seansında bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, yarışın ilk günündə Hacı Əliyev (70 kq) bürünc medal qazanıb.