
İranın Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçirilir. Sportnet.az-ın məlumatına görə, turnirin ilk günündə Azərbaycan güləşçiləri 2 gümüş və 3 bürünc medal qazanıb.
Gümüş medalları sərbəst güləşçilərdən Şahin Muxtarov (42 kq) və Əliabbas Rzazadə (50 kq) əldə edib. Digər sərbəst güləşçilərimiz - Fazil Həsənov (58 kq) və Orxan Abbasov (63 kq) turnirin bürünc mükafatına sahib olub. Daha bir bürünc medalı isə yığmamıza yunan-Roma güləşi üzrə yarışlarda Ceyhun Nəsirov (63 kq) qazandırıb.










































































