Belarusun paytaxtı Minskdə keçirilən Dünya Kubokunda ilk yarış günündə Azərbaycan yığması bir medal qazanıb. Sportnet.az-ın məlumatına görə, Nəsimi Umbayev 52 kq çəki dərəcəsində bürünc medala sahib olub.
O, tacikistanlı Ərdəşir İsmayılovla birgə fəxri kürsünün 3-cü pilləsində yer alıb. Qızıl medala isə finalda həmyerlisi Riçard Totoyevi yenən Andrey Kubarkov layiq görülüb.
Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.