
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb.
Sportnet.az-ın görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.
_--------------------------------------
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ramazan Abdulayevlə (Rusiya) üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.
-----------------------------------------------------------------
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Sumiyabazar Enkhtaivanla (Monqolustan) üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə qalib gələn Ağayev finala yüksəlib. O, qızıl medal uğrunda dueldə Ramazan Abdulayevə rəqib olub.
73 kq-dakı Hidayət Heydərov isə təsəlliverici görüşdə Denis Yatsevi (Rusiya) üstələyib. O, bürünc medal qarşılaşmasında Giyom Şenlə (Fransa) güləşəcək.
-------------------------------------------------------------------
Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev Jolan Florimont (Fransa) və Genki Koguya (Yaponiya) qalib gələrək yarımfinala yüksəlib.
O, finala gedən yolda Sumiyabazar Enkhtaivanla (Monqolustan) üz-üzə gələcək.
66 kq-dakı İsmayıl İbrahimov 1/16 final mərhələsində Robin Korradoya (Fransa) uduzub. Eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandesi (Kolumbiya) mübarizədən kənarlaşdırsa da, Valid Khyara (Fransa) yenilib.
Hidayət Heydərov (73 kq) Enzo Gibelli (Fransa) və Aleksandr Gablerdən (Almaniya) güclü olub. O, 1/4 finalda Somon Mahmadbekovun müqavimətini qıra bilməyib. Heydərov təsəlliverici görüşdə Denis Yatsevlə (Rusiya) güləşəcək. Eyni çəkidəki Telman Vəliyev David Limaya (Braziliya) qalib gəlib, lakin 1/8 finalda Aleksandru Raicuya (Rumıniya) məğlub olub.
Qadın cüdoçu İçinxorlu Muntsxedev 1/16 final mərhələsində Seija Ballhausu (Almaniya) yensə də, Priscilla Gnetoya (Fransa) uduzaraq medalsız qalıb.
.
---------------------------------------
Bu gün Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/8 final mərhələsində Jolan Florimontla (Fransa) üz-üzə gələcək.
66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Robin Korrado (Fransa) ilə, eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandeslə (Kolumbiya) görüşəcək.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Qran-pridə qızıl medal qazanan Hidayət Heydərov (73 kq) 1/16 final mərhələsində Entso Gibelli (Fransa) ilə, eyni çəkidəki Telman Vəliyev isə David Lima (Braziliya) ilə qarşılaşacaq.
Azərbaycanın yarışdakı yeganə qadın cüdoçusu İçinxorlu Muntsxedev (57 kq) Seija Ballhausun (Almaniya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, yarışa oktyabrın 17-də yekun vurulacaq.
60 kq
1/8 final. Balabəy Ağayev - Jolan Florimont (Fransa)
1/4 final. Balabəy Ağayev - Genki Koga (Yaponiya)
1/2 final. Balabəy Ağayev - Sumiyabazar Enkhtaiva (Monqolustan)
Final. Balabəy Ağayev - Ramazan Abdulayev (Rusiya)
66 kq
İsmayıl İbrahimov - Robin Corroda (Fransa)
1/16 final. İbrahim Əliyev - Juan Hernandez (Kolumbiya)
1/8 final. İbrahim Əliyev - Valide Khyar (Fransa)
73 kq
1/16 final. Hidayət Heydərov - Enzo Gibelli (Fransa)
1/8 final. Hidayət Heydərov - Bernd Gabler (Almaniya)
1/4 final. Hidayət Heydərov - Somon Makhmadbekov (Tacikistan)
Təsəlliverici görüş. Hidayət Heydərov - Denis Yatsev (Rusiya)
Bürünc medal uğrunda görüş: Hidayət Heydərov - Giyom Şen (Fransa)
1/16 final. Telman Vəliyev - David Lima (Braziliya)
1/8 final. Telman Vəliyev - Alexandru Raucu (Rumıniya)
Qadınlar
57 kq
1/16 final. İçinxorlu Muntsxedev - Seija Ballhaus (Almaniya)
1/8 final. İçinxorlu Muntsxedev - Priscilla Gneto (Fransa)