Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın bir təmsilçisi rinqə çıxıb.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 finalda kubalı Osvel Kaballero Qarsia ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə uduzan idmançı mübarizəni dayandırıb.
Azərbaycan millisi yarışa 9 boksçu ilə yollanıb.
Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.