Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının altıncı günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.
Sportnet.az-ın məlumatına görə, Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayıb. Görüş Kazımzadənin qələbəsi ilə başa çatıb – 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27). O, növbəti qarşılaşmasına noyabrın 1-də çıxacaq.
İlk döyüşündə Xuan Reyes Donisə (Qvatemala) qalib gələn Malik Həsənov (63,5 kq) isə ikinci görüşündə Ovannes Baçkovla (Ermənistan) üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb.