
Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Sportnet.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan yığması 1 idmançı ilə təmsil olunacaq.
Milli üzvlərindən Mirşərif Kazımzadə rinqə çıxacaq. 75 kq çəki dərəcəsində gücünü yoxlayacaq boksçu səfərə bu gün yollanacaq.
Qeyd edək ki, yarışda püşkatma dekabrın 14-də olacaq.