Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov növbəti müddətə qurumun prezidenti olmaq üçün namizəd kimi qeydiyyatdan keçib.
Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssisin növbədənkənar seçkidə rəqibi niderlandlı Boris van der Ferst olacaq. Seçki 13-14 mayda gerçəkləşəcək.
Qeyd edək ki, Umar Kremlyov IBA-ya 2020-ci ildən rəhbərlik edir. O, 2017 - 2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.