Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün start tarixi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib.
Qərara əsasən, yeni mövsüm avqustun 14-də başlanacaq.
Klublar üçün transfer dövrləri də açıqlanıb. Yay transfer dövrü 19 iyundan 10 sentyabr saat 23:59-dək, qış transfer dövrü 2027-ci il yanvarın 14-dən 10 fevral saat 23:59-dək olan dövrü əhatə edəcək.
31 mart 2027-ci il isə azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.








































































