
Dünya Güləş Birliyi (UWW) Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynovu ad günü münasibətilə təbrik edib.
Sportnet.az xəbər verir ki, UWW-nin sosial şəbəkə hesabındakı paylaşımda 34 yaşı tamam olan idmançının qazandığı uğurlar qeyd olunub.
Postun üzərində isə "Hər səviyyədə müvəffəqiyyətlə dolu əfsanəvi karyera" yazılıb.
Qeyd edək ki, Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, həmçinin, dünya və üçqat Avropa çempionudur.