
Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatna görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda türkiyəli Salih Yıldızla qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə uduzan Əliyev 2-ci yerlə kifayətlənib.
-------------------------------------
İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın daha bir cüdoçusu finala vəsiqə qazanıb.
Sportnet.az-ın xəbərinə görə, Orxan Səfərov (66 kq) yarımfinalda israilli Qay Qutmana ipponla qalib gəlib.
Onun finaldakı rəqibi Reda Sedduki (Fransa) olacaq.
------------------------------------
İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın 1 cüdoçusu finala vəsiqə qazanıb.
Sportnet.az-ın xəbərinə görə, bu, 60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevdir.
O, yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "Golden Score"da ipponla qalib gələrək finala çıxıb. Əliyevin finaldakı rəqibi Salih Yıldız (Türkiyə) olacaq.
66 kq çəki dərəcəsində Azərbaycanın Avropa çempionu Orxan Səfərov da finala çıxa bilər. O, yarımfinalda Qay Qutmanla (İsrail) qarşılaşacaq.
Qeyd edək ki, Riççone şəhərində keçirilən turnir sentyabrın 11-də başa çatacaq. Bu yarışda Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.
--------------------------------------
Bu gün İtaliyanın Rikkione şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri start götürəcək.
Sportnet.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 5 idmançısı tatami üzərinə çıxacaq.
60 kq-da Rövşən Əliyev Xuan Sayeslə (İspaniya), Nazir Talıbov Toylu Muradovla (Türkmənistan) qarşılaşacaq. 66 kq çəki dərəcəsində Orxan Səfərov Yolan Florimon (Fransa), Yaşar Nəcəfov Sərdar Rəhimov (Türkmənistan), Kəramət Hüseynov isə Bencamin Qomes (Fransa) - Aleksandr Şort (Böyük Britaniya) cütünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, 2 gün davam edəcək Açıq Avropa turnirində Azərbaycanın ümumilikdə 13 cüdoçusu mübarizə aparacaq. Bu gün çıxış edəcək 5 idmançı ilə yanaşı, Səid Mollayi, Zelim Tçkayev, Rüstəm Orucov (hamısı 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev, Məmmədəli Mehdiyev (hə ikisi 100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) qüvvəsini sınayacaq.
Yarışdan sonra idmançılar 12 - 17 sentyabrda Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.