Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik üslubda kəmər güləşi üzrə dünya cempionati keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibindən olan idmançılar da iştirak edib.
Camal Feyziyev (+100 kq) həm klassik, həm də sərbəst üslubda bürünc medallar qazanıb. Bundan başqa, klassik üslubda Gözəl Zutova (76 kq), sərbəst üslubda isə Ariz Hüseynov (62 kq) vəSəbinə Həmzalova (52 kq) da bürünc mükafata layiq görülüb.