"Məqsədimiz dünya çempionatında qızıl medal qazanmaqdır".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək mundialla bağlı danışarkən deyib.
ACF rəsmisi gözəl nəticə ilə Vətənə dönəcəklərinə inandığını bildirib.
Məmmədli böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautmanın artır yarış üçün heyəti təqdim etdiyini söyləyib: "Çexiyanın paytaxtı Praqadakı gənclərin Avropa çempionatında iştirak edən idmançıların əksəriyyəti Bakıdakı Böyük Dəbilqədə mübarizə aparacaq. Hər şeyin öz vaxtı var. Onlar hazırda gəncdir. 60 kq-da Turan Bayramov, 81 kq-da Elcan Hacıyev Böyük Dəbilqə və Qran Pri turnirlərində medal qazanıblar. Amma dünya çempionatı üçün heyət artıq demək olar ki, bəllidir". (Report)