Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, milli komnda 30 ölkədən 154 idmançının qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.
Yığmanın heyətində Aynur Rzayeva ikinci yeri tutub. 81 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan boksçu finalda ukraynalı Mariya Lovçinskaya uduzub.
Daha əvvəl isə 50 kq-da Anaxanım İsmayılova bürünc medala yiyələnib.
Qeyd edək ki, milli komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.