
Bakıdakı Böyük Dəbilqə turnirində 60 kq çəki dərəcəsində medal qazanan Azərbaycan cüdoçuları mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, 1-ci yerin sahibi Balabəy Ağayevə qızıl, 3-cü olan Kəramət Hüseynova isə bürünc medal verilib.
Mükafatları Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev təqdim edib.