
Azərbaycan cüdoçuları ilk dəfə 28-29 okytabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək kata üzrə dünya çempionatında iştirak edəcək.
Sportnet.az xəbər verir ki, 35 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız çempionatda oktyabrın 28-də böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.
Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke
Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov – uke