1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçularımızdan ilk gündə 3 medal
Azərbaycanın veteran cüdoçuları dünya çempionatının ilk günündə 2 qızıl və 1 bürünc medal qazandı
Sportnet.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən veteranlar arasında dünya çempionatının ilk günündə cüdoçularımız 2 qızıl və 1 bürünc medal qazanıb.
Yarışın ilk günündə M6, M7 və M8 yaş kateqoriyaları üzrə 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
M6 yaş kateqoriyası üzrə +100 kq. çəki dərəcəsində Azər Əsgərov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Qabil Qasımov 7-ci yerdə qərarlaşıb.
M7 yaş kateqoriyası üzrə -90 kq. çəkidə Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Bu qələbə Fərhad Rəcəblinin usta cüdoçular arasında Dünya çempionatlarında qazandığı 11-ci qızıl medal olub.
M8 yaş kateqoriyası üzrə isə -100 kq. çəkidə Arif Qasımov yarışın bürünc medalını əldə edib.