2 noyabrda Fransanın Monpelye şəhərində böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!
Qadınlar
-48 kq.
Leyla Əliyeva - Lois Petit (Belçika)
-52 kq.
Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya) / Sofiya Asvesta (Kipr Respublikası) görüşünün qalibi ilə
Kişilər
-60 kq.
Balabəy Ağayev - Andreya Karlino (İtaliya) / Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə
Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar) / Mihrac Akkus (Türkiyə) görüşünün qalibi ilə
-66 kq.
Yaşar Nəcəfov - Matteo Piras (İtaliya)
-73 kq.
Hidayət Heydərov - Abdul Malik Umayev (Belçika)
Rəşid Məmmədəliyev - Turpal Coukayev (Finlandiya)
-81 kq.
Zelim Tçkayev - Oskari Makinen (Finlandiya)
-90 kq.
Murad Fətiyev - Laşa Bekauri (Gürcüstan)
-100 kq.
Zelim Kotsoyev - Hari Lovel-Hevit (Böyük Britaniya)
+100 kq.
Uşanqi Kokauri - Mirkeya Croytoru (Rumıniya) / Marius Fizel (Slovakiya) görüşünün qalibi ilə
İdmançılarımıza uğurlar arzulayırıq!
#EuropeanChampion #JudoMontpellier2023 #EuropeanJudo #Judo #RoadtoParis