Azərbaycan cüdoçuları Tokio Böyük Dəbilqə turnirində iştirak edəcəklər.
Sportnet.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə, növbəti Böyük Dəbilqə turniri 2-3 dekabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.
İki gün davam edəcək turnirdə 88 ölkədən 536 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Qadınlar
-57 kq.
Acelya Toprak
Kişilər
-60 kq.
Balabəy Ağayev
Nizami İmranov
-66 kq.
Yaşar Nəcəfov
Kamran Süleymanov
-73 kq.
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
-81 kq.
Səid Mollayi
Zelim Tçkayev
-90 kq.
Murad Fətiyev
Vüqar Talıbov
-100 kq.
Zelim Kotsoyev
+100 kq.
Ramazan Əhmədov
Uşanqi Kokauri.