Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sportnet.az xəbər verir ki, sərəncamla Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə, Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, qurumun nümayəndəsi Nazir Rəhimov, MOK-un vitse-prezidenti, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının stend atıcılığı üzrə qızıl medalçısı Zemfira Meftahəddinova və Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti, Monreal-1976 Yay Olimpiya Oyunlarının qalibi Rəfiqə Şabanova təltif olunub.