
Azərbaycan Respublikası Baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yenicə istifadəyə verilmiş Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarını izləyib.
Sportnet.az-ın məlumatına görə, Şərifov 63 kq çəki dərəcəsində Haqverdi Həsənovun 1/4 finalda belaruslu Boqdan Şaşlıkov üzərində 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesablı qələbəsinə şahidlik edib.
Həsənovu qələbə münasibətilə alqışlayan Baş nazirin müavini Sportnet.az-ın əməkdaşının Oyunların təşkilatçılığı ilə bağlı sualını "Təşkilatçılıq göz önündədir", - deyə cavablandırıb. O, başqa tədbirə tələsdiyi üçün geniş açıqlama verə bilməyib.
Qeyd edək ki, III MDB Oyunları Azərbaycanın 7 şəhərində - Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Göygöl, Yevlax və Xankəndidə keçirilir. Təntənəli açılış mərasimi yenicə istifadəyə verilmiş Gəncə şəhər stadionunda sentyabrın 28-də təşkil olunub. Başlanış mərasimi isə oktyabrın 8-də olacaq.
Elşən MƏMMƏDOV