1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zayzenbaherin ilk "11-liy"i
Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Piter Zayzenbaher ilk yarış üçün heyəti müəyyənləşdirib. Azərbaycan Cüdo Federasiyasının İctimaiyyətlə Əlaqələr və Mətbuat Departamentinin rəhbəri Elnur Əşrəfoğlunun Sportnet.az-a verdiyi məlumata görə, heyətdə 11 cüdoçu yer alıb.
Kişilərin yarışında İlqar Müşkiyev (60 kq), Nicat Şıxәlizadә (66 kq), Tәrlan Kәrimov (66 kq), Rüstәm Orucov (73 kq), Әbdülhәq Rәsullu (81 kq), Mәmmәdәli Mehdiyev (90 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq), Elxan Mәmmәdov (100 kq), Uşangi Kokauri (+100 kq), qadınlarda isə Aişә Qurbanlı (48 kq) mübarizə aparacaq.
Milli komanda oktyabrın 15-də Fransanın paytaxtı Parisə yola düşəcək. Avstriyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Parisdə oktyabrın 17 və 18-də keçiriləcək "Böyük Dəbilqə" yarışında iştirak edəcək. Yarışın ertəsi günündən etibarən komanda Fransanın paytaxtında 1 həftəlik toplanış keçəcək və ayın 26-da Bakıya qayıdacaq.