1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Bu zədələri gözləyirdik"
"5 qolun vurulduğu görüş azarkeşlər üçün maraqlı alındı. Rəqibimiz "Zirə” hər keçən tur daha yaxşı oynayır, optimal formasını yığır. Rəqib bizə 90 dəqiqə problem yaşatdı". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib.
43 yaşlı mütəxəssis komandasından razı qaldığını bildirib: "Bu gün pis futbol sərgiləmədik. Məqsəd 3 xal qazanmaq idi. Gözəl atmosfer yaratdıqları üçün azarkeşlərimizə təşəkkür edirəm".
Qurbanov "Qarabağ"dakı zədəlilərin durumuna da aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda futbolçuların ən çox yükləndiyi vaxtdır: "Biz bu zədələri gözləyirdik. Reynaldo ilə bağlı tam dəqiq danışa bilmərik. Həftənin əvvəli bu barədə konkret məlumatımız olacaq. Əməliyyat olunmaya da bilər. Sevinirik ki, Çumbinyo qayıtdı və oynadı. Matç zamanı zədə alan İlqar Qurbanovun durumu ciddi olmamalıdır. Maksim Medvedev məşqlərə başlasa da, Cavid Tağıyevin yaxın günlərdə yaşıl meydançalara qayıtmaq ehtimalı hələ yoxdur. Ümumi götürsək, vəziyyət yaxşıya doğru gedir”.