"Zirə” klubu Türkiyənin Antalya bölgəsində qış hazırlığına start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Adil Şükürov təlim-məşq toplanışının ilk həftəsində əsasən ümumi dözümlülük və fiziki hazırlığa üstünlük verəcək.
Bu gün baş tutan ilk məşqdə də komanda ümumi dözümlülük üzərində çalışıb.
Qeyd edək ki, yanvarın 23-dək davam edəcək toplanış zamanı "Zirə” 3 yoxlama oyununda qüvvəsini sınayacaq.