
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Moldova "Tiraspol"u ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünü texniki zonadan izləmir. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssisə UEFA-nın ötən mövsüm kəsdiyi 2 oyunluq cəza bu gün başa çatacaq.
Hazırda Tsxadadze göstərişlərini tribunadan çatdırır. Onun oyunçusu Baçana Tsxadadze isə ehtiyat oyunçular skamyasında yer alıb.